← Panelə qayıt

İstifadə şərtləri

Son yenilənmə: 06 İyul 2025

1. Ümumi müddəalar

Bu İstifadə Şərtləri («Şərtlər») oneline.az platforması («Şirkət», «biz») ilə onun xidmətlərindən istifadə edən hər hansı fiziki və ya hüquqi şəxs («İstifadəçi», «siz») arasındakı münasibətləri tənzimləyir. Platformamıza qeydiyyatdan keçməklə və ya ondan istifadə etməklə siz bu Şərtləri tam şəkildə qəbul etmiş sayılırsınız.

2. Xidmətlər

oneline.az aşağıdakı xidmətləri təqdim edir:

  • Veb-hosting (sayt yerləşdirmə) xidmətləri
  • Korporativ e-poçt qutularının idarəsi
  • Domen adlarının qeydiyyatı və yenilənməsi
  • Müvafiq texniki dəstək xidmətləri

3. İstifadəçinin statusu — fiziki şəxslər üçün nəzərdə tutulub

Bu platforma fiziki şəxslər (fərdi istifadəçilər) üçün nəzərdə tutulmuşdur. Qeydiyyatdan keçməklə siz təsdiqləyirsiniz ki, xidmətləri şəxsi məqsədlər üçün əldə edirsiniz.

Hüquqi şəxslər (MMC, SC, QSC, digər VÖEN-li sahibkarlar) xidmətdən istifadə etmək istədikdə xidmət almamışdan əvvəl rəsmi müraciət etməlidirlər: support@oneline.az. Rəsmi sənədləşmə (elektron qaimə-faktura) üçün əvvəlcədən razılaşma tələb olunur.

4. Qeydiyyat və hesab

Platformadan tam istifadə etmək üçün qeydiyyatdan keçmək tələb olunur. İstifadəçi öz hesabının təhlükəsizliyinə, giriş məlumatlarının məxfiliyinə görə şəxsən məsuliyyət daşıyır. Hesabınızda baş verən icazəsiz fəaliyyət barədə dərhal bizimlə əlaqə saxlamalısınız.

5. Ödəniş şərtləri

Xidmətlər əvvəlcədən ödənişlə aktivləşdirilir. Balansın artırılması bank kartı (Visa / Mastercard) vasitəsilə həyata keçirilə bilər. Bütün ödənişlər Azərbaycan Manatı (₼) ilə qəbul olunur. Ödəniş qaydaları ilə ətraflı tanış olmaq üçün Ödəniş qaydaları səhifəsinə baxın.

6. İstifadəçi öhdəlikləri

İstifadəçi razılaşır ki:

  • Platforma vasitəsilə qeyri-qanuni, zərərli və ya üçüncü şəxslərin hüquqlarını pozan hər hansı fəaliyyət aparmayacaq;
  • Spam, fişinq, zərərli proqramların yayılması üçün xidmətlərimizdən istifadə etməyəcək;
  • Başqalarının şəxsi məlumatlarına icazəsiz şəkildə daxil olmağa cəhd etməyəcək;
  • Platformanın normal işləməsinə mane olan hər hansı hərəkətdən çəkinəcək.

7. Xidmətin dayandırılması

Şirkət aşağıdakı hallarda istifadəçi hesabını müvəqqəti dayandırmaq və ya ləğv etmək hüququna malikdir:

  • Bu Şərtlərin pozulması;
  • Ödəniş öhdəliklərinin yerinə yetirilməməsi;
  • Qeyri-qanuni fəaliyyət şübhəsi.

8. Məxfilik

Şəxsi məlumatlarınızın emalı Məxfilik Siyasəti çərçivəsində həyata keçirilir. Kart məlumatlarınız heç bir halda sistemdə saxlanılmır.

9. Məsuliyyətin məhdudlaşdırılması

Şirkət texniki nasazlıqlar, üçüncü tərəf xidmət sağlayıcılarının hərəkətləri, fors-major hadisələri nəticəsində yaranan bilavasitə və ya dolayı zərərlər üçün məsuliyyət daşımır.

10. Şərtlərin dəyişdirilməsi

Şirkət bu Şərtləri öncədən xəbər vermədən dəyişdirmək hüququna malikdir. Dəyişikliklər platforma üzərindən elan ediləcək. Xidmətdən istifadəyə davam etməklə istifadəçi yeni şərtləri qəbul etmiş sayılır.

11. Tətbiq olunan qanunvericilik

Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Mübahisələr ilk öncə danışıqlar yolu ilə həll edilir; razılıq əldə edilmədikdə Azərbaycan məhkəmələrinin yurisdiksiyası tətbiq olunur.

12. Əlaqə

Şərtlər ilə bağlı suallarınız üçün: support@oneline.az